Bu ilin yanvar-fevral aylarında Azərbaycana 42,028 milyon ABŞ dolları dəyərində yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları idxal olunub.
Fındıq ixracı iki ayda Azərbaycana 28 milyon dollardan çox - VALYUTA GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,381 milyon ABŞ dolları və ya 3,2% azdır.
Hesabat dövründə sözügedən məhsulların idxalı ölkənin ümumi idxalında 1,02% paya malik olub.
Eyni zamanda, 2025-ci ilin ilk iki ayında Azərbaycandan 79,928 milyon ABŞ dolları dəyərində 73,981 min ton yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları ixrac olunub.
Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə dəyər baxımından 13,524 milyon ABŞ dolları və ya 20,4%, həcm baxımından isə 13,882 min ton və ya 23,1% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır. (Trend)