2023-cü ildə Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkələrin adları açıqlanıb.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.ki, 22 ölkəyə ümumilikdə 16,2milyard dollar dəyərində 26 milyon tondan çox neft satılıb.
Ən çox neft isə İtaliyaya ixrac edlib. Bu ölkəyə satılan neftin həcmi 11,1 milyon ton, məbləği isə 7,1 milyard dollar olub.
İsrailə isə 1,4 milyard dollarlıq 2,3 milyon ton neft satılıb.
Siyahıda 2 milyon tonla üçüncü yerdə Hindistan durur ki, bu ölkəyə satılan xam neftin məbləği 1,2 milyard manat təşkil edib.
Ən az neft isə Tailanda satılıb - 48,7 min ton. Neftin dəyəri isə 26,1 milyon dollar təşkil edib.
Daha ətraflı aşağıdakı cədvəldə:
|
Ölkәlәr |
Miqdar (ton) |
Statistik dәyәr |
1 ton neftin orta qiyməti |
S/n |
Cәmi |
26 047 290 |
16 240 830 |
624 dollar |
1 |
İtaliya |
11 117 530 |
7 077 115 |
637 dollar |
2 |
İsrail |
2 270 343 |
1 394 268 |
614 dollar |
3 |
Hindistan |
2 025 082 |
1 227 041 |
606 dollar |
4 |
Almaniya |
1,341 018 |
871 934 |
650 dollar |
5 |
İspaniya |
1 221 975 |
769 587 |
630 dollar |
6 |
Çexiya |
1 135 965 |
682 887 |
601 dollar |
7 |
Türkiyә |
1 202 208 |
676 307 |
563 dollar |
8 |
Xorvatiya |
975 166 |
590 405 |
605 dollar |
9 |
Yunanıstan |
743 514 |
455 309 |
612 dollar |
10 |
Böyük Britaniya |
691 039 |
432 279 |
626 dollar |
11 |
Rumıniya |
621 948 |
382,757 |
615 dollar |
12 |
İrlandiya |
630 056 |
366 641 |
582 dollar |
13 |
Vyetnam |
554 367 |
345 491 |
623 dollar |
14 |
Portuqaliya |
449 879 |
299 576 |
666 dollar |
15 |
Avstriya |
266 569 |
152 156 |
571 dollar |
16 |
İndoneziya |
221 085 |
150 211 |
679 dollar |
17 |
Fransa |
199 007 |
118 640 |
596 dollar |
18 |
Sinqapur |
138 338 |
87 786 |
635 dollar |
19 |
Tunis |
106 275 |
71 939 |
677 dollar |
20 |
Malayziya |
48 043 |
34 013 |
708 dollar |
21 |
Avstraliya |
39 197 |
28 392 |
724 dollar |
22 |
Tailand |
48 688 |
26 099 |
536 dollar |