2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan dəyəri 53 milyon 70 min dollar həcmində 850 min 713 ton sement ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 milyon 916 min dollar və ya 5,8% artıb, miqdar ifadəsində isə 23 min 866 ton, başqa sözlə, 2,7% azalıb.
Xatırladaq ki, 2023-cü ildə isə Azərbaycandan 50 milyon 153 min dollar dəyərində 874 min 578 ton sement ixrac edilmişdi.
Qeyd edək ötən il əzində ixrac edilən sementin 1 kiloqramının orta ixrac dəyəri 11 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 9 qəpik idi. Bu da illik müqayisədə 1 qəpik və ya 8,8% artım deməkdir.
Bu il ümumi ixracının 0,20%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,58%-i sementin payına düşüb.