2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 3 milyon 145 min 840 ABŞ dolları dəyərində 6 min 288,22 ton badımcan idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 151 min 770 dollar və ya 4,6%, miqdar baxımından isə 300 ton və ya 4,6% azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında 3 milyon 297 min 610 dollar dəyərində 6 min 588 ,47 ton badımcan gətirlib.
1 ton badımcan qiyməti bu 500 dollar, ötən il isə 501 dollar olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 1 dollar bahalaşıb.
Bu da o deməkdir ki, badımcan 1 kiloqramının idxal qiyməti 2023-cü ilin yanvar-oktyabr aylarında və əvvəlki ilin eyni dövründə isə 0,50 manat olub.