2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396 min 931 ton meyvə-tərəvəz ixrac edib.
Azərbaycandakı pomidor bizneslərinin - İxrac Gəliri Azalıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 6.1% və ya 23 mln. 170 min dollar, həcmi isə 13.3% və ya 46 min 527 ton artıb. 2022-ci ilin ilk 7 ayında Azərbaycandan 376 milyon 971 min dollar dəyərində 350 min 404 ton meyvə-tərəvəz ixrac edilib.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 1.93%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 19.94%-ə bərabər olub. (Apa)
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.
“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.