Azərbaycan Hökuməti bu gün baş verən dron hücumundan sonra Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar qəbul edib.
İran Naxçıvana dronla zərbələr endirib
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək
Bildirilib ki, məlumat verildiyi kimi, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.
“Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib”, - deyə əlavə edilib.




![[red]Azərbaycan hökumətindən qərar: İRANLA SƏRHƏD BAĞLANDI | FED.az](upload/news/small/4427756.jpg)
![[red]Azərbaycan hökumətindən qərar: İRANLA SƏRHƏD BAĞLANDI | FED.az](upload/news/small/235326.png)








