2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 8 milyon 579,7 min ABŞ dolları dəyərində 310 min 130 ədəd elektrik enerjisi sayğacı idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 957,3 min dollar və ya 29,6%, miqdar baxımından isə 100 min 330 ədəd və ya 47,8 çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 6 milyon 622,4 min dollar dəyərində 209 min 800 ədəd elektrik enerjisi sayğacı gətirilib.
1 ədəd elektik enerjisi sayğacının idxal qiyməti bu il 28 dollar (47 manat), ötən il isə 32 dollar (54 manat) olub. Beləliklə, idxal qiyməti son bir il ərzində 4 dollar (7 manat) və ya 12,4% ucuzlaşıb.