2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 520 milyon 476 min dollar dəyərində 24 min 957 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, məhsul idxalı dəyər ifadəsi ilə 80 milyon 689 min dollar yəni 13,4% azalıb, miqdar ifadəsi ilə təxminən 99 ton ( 0,4%) artıb.
Ötən ilin müvafiq dövründə 601 milyon 164 min dollar məbləğində 24 min 858 ton dərman gətirilib.
1 ton əczaçılıq məhsullarının idxal qiyməti bu il 20 854 dollar, ötən il isə 24 1814 dollar təşkil edib. Qiymətlərdə 3 329 dollar və ya 13,8% bahalaşma qeydə alınıb.
Qeyd edək ki, hesabat dövründə gətirilmiş dərman məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,29%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə dərman idxalı Azərbaycanın ümumi idxalının 4,67%-ni təşkil etmişdi.