Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB-EBRD) ABŞ tariflərinin ən çox təsir etdiyi region ölkələrini açıqlayıb.
Alüminium 7 ayda ölkəyə 135,6 milyon dollar valyuta gətirib
FED.az xəbər verir ki EBRD-yə görə, ABŞ-ın tətbiq etdiyi tariflər nəticəsində Azərbaycan regionda ixracına görə ən yüksək tarif yükü ilə üzləşən ölkələrdən biri kimi qeyd olunub.
ABŞ-a ixrac olunan məhsullara tətbiq edilən tariflər yüksəlib
Qeyd edilib ki, Azərbaycana tətbiq edilən yüksək tarif əsasən ölkənin ABŞ-a alüminium ixracı ilə bağlıdır.
Hesabata əsasən, 2024-cü ilin ilk yarısında Azərbaycana tətbiq edilən tarif 5%, bu ilin ilk yarısında isə 16-17% təşkil edib.
Ümumilikdə, EBRD regionlarından ABŞ-a ixrac olunan məhsullara tətbiq edilən orta effektiv tarif dərəcəsi 2025-ci ilin ilk yarısında 2,7 faiz bəndi artıb. (Apa)