Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə ümumilikdə 900,59 milyon dollar dəyərində 56,7 min nəqliyyat vasitəsi idxal edilib.
Azərbaycan əhalisi avtomobil alışını artırır - 900 MİLYONDAN ÇOX VALYUTA XARİCƏ AXIB
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 66,3 faiz, say baxımından 37,2 faiz çoxdur.
İdxal edilən nəqliyyat vasitələrinin 20,7 faizini hibrid, 6,8 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri (elektromobillər) təşkil edib. Ötən ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 7,4 faiz bəndi, elektromobillərin payı isə 5,8 faiz bəndi artıb.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkəyə 186,5 milyon dollar dəyərində 8,4 min hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 19,2 faiz çoxdur.
Bununla yanaşı, hesabat dövründə 61,3 milyon dollarlıq 1492 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-iyul aylarının göstəricilərini müvafiq olaraq 11 və 8 dəfə üstələyir. (Vergilər.az)