Bu ilin yanvar ayında Azərbaycandan 17 milyon 330 min dollar həcmində 5 min 448 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, alüminium ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,9 milyon dollar və ya 39,5%, miqdar ifadəsilə isə 1 min 118 ton, başqa sözlə 25,8% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 12 milyon 425 min dollar dəyərində 4 min 330 ton alüminium ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi alüminiumun 1 kiloqramının orta ixrac qiyməti 3,18 dollar (təxminən 5 manat 41 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 2,87 dollar (təxminən 4 manat 88 qəpik) idi. Bu da illik müqayisədə 0,31 dollar (53 qəpik) və ya 10,8% bahalaşma deməkdir.










