Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşları oktyabr ayından bəri əməkhaqlarını, həmçinin məzuniyyət pullarını da ala bilmir.
Gömrük Komitəsinin əməkdaşlarının bir neçə aydır əməkhaqqı ala bilmədikləri bildirilir
Hətta problemi hüquqi müstəvidə həll etmək istəyib bununla bağlı məhkəməyə müraciət edənlər də var.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gününsəsi.info-ya açıqlamasında sözügedən məlumatı təsdiqləyib.
“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - deyə sədr bildirib.