Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub.
Gömrük sədrindən şəxsi istifadə üçün 300 dollarlıq limit barədə açıqlama – MÜSAHİBƏ
Bu yaxınlarda Azərbaycan ilə İran arasında sərhəddə hər iki dövlət rəsmilərinin iştirakı ilə Astaraçay üzərində yeni körpünün və modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin açılışı olub:
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.
"Gələcəkdə Azərbaycan ilə İran arasında Zəngilan rayonu ərazisində, eləcə də Gürcüstan ilə Azərbaycan arasında Ağstafa rayonu ərazisində yeni gömrük-keçid məntəqələrinin yaradılması nəzərdə tutulub. Həmçinin digər gömrük-keçid məntəqələrində də yenidənqurma və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub". (Azərtac)