Cari ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları 8,5 faiz artaraq 12 milyon 46,3 min ton təşkil edib. Buna baxmayaraq, ixrac edilən neft və xam neft məhsullarının dəyəri 8,6 faiz azalaraq 6 milyard 409,3 milyon dollar olub.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Ötən ilin eyni aylarında ölkədən 11 milyon 98,8 min ton xam neft və neft məhsulları ixrac olunub ki, ixracın dəyəri 7 milyard 12,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu ilin altı ayında neft bitumu ixracı 7,8 dəfə artaraq 3 min 832,4 ton təşkil edib. İxrac edilən məhsulun dəyəri isə 1 milyon dollardan çox olub. Ötən ilin müvafiq ayında ölkədən 488,6 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 90,3 milyon dollar olub.