2019-2023-cü illər ərzində Azərbaycandan 880 milyon 466.7 min ABŞ dolları dəyərində 789 min 311 ton pomidor ixrac edilib.
Pomidor ixracından gələn gəlirlər 58%-dən çox artıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2019-2023-cü illər ərzində pomidor ixracı, bu illər ərzində ümumi kənd təsərrüfatı məhsulları ixracının ( 3 mlrd. 237.1 mln. dollar) 27.2%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycandan pomidor əsasən Rusiyaya ixrac edilib. Belə ki, 2019-2023-cü illər ərzində ölkədən Rusiyaya 861 milyon 639 min dollar dəyərində pomidor ixrac edilib. Beləliklə Rusiyaya pomidor ixracı, Azərbaycanın ümumi pomidor ixracının 97.9%-ni təşkil edib.
Xatırladaq ki, hesabat dövründə pomidorun 1 kiloqramının orta ixrac qiyməti 1.11 ABŞ dolları təşkil edib. (Apa)