Azərbaycan 2023-cü ilin yanvar-dekabr aylarında 119,6 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 13,3 milyon dollar və ya 12,5% çoxdur.
Ötən ilin eyni dövründə isə Azərbaycan 106,3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.
Təkcə dekabr ayında 11,2 milyon dollarlıq fındıq ixrac olunub ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,5 milyon dollar (11,8%) çoxdur.
2022-ci ilin dekabr ayında 23,9 milyon dollarlıq fındıq ixrac edilib.