“Zenith Energy” şirkəti Azərbaycanda özünün ilk neft quyusunu uğurla qazıb.
FED.az "AZƏRTAC"-a istinadən xəbər verir ki, yeni sınaqlar “Cəfərli” yatağındakı “Zenith Energy C-37” quyusunda quruda gündəlik hasilatın 100 barrelə çatacağını göstərir.
Neft şirkəti bildirir ki, indi onlar “Cəfərli” yatağındakı C-30 quyusuna növbəti qazma meydançasını səfərbərliyə hazırlıq üçün təchiz etməzdən əvvəl özlərinin qazma qurğusunda texniki sınaqlar aparacaqlar.
Qeyd olunur ki, C-37 quyusunda alınan nəticələr şirkətin direktorlar şurasında məmnunluq hissi yaradıb. “Biz özümüzün şəxsi qazma qurğusundan istifadə etməklə Azərbaycanda ilk qazma əməliyyatımızı nəinki uğurla başa çatdırdıq, həm də gündəlik neft hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. İndi biz işçi proqramımızda olan növbəti quyuda – C-30-da qazma işlərinin aparılmasını səbirsizliklə gözləyirik. Orada bütün geoloji və texniki göstəricilər bizim daha yüksək nəticələrə nail olmağımızı sübut edir”, - deyə “Zenith Energy” şirkətində bildiriblər.