Dekabrın 7-də səhər saatlarında Xəzər dənizində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) istehsalat sahələrində hər hansı ləngimə və ya fasilə baş verməyib.
"Güclü zəlzələ gözlənilmir, əhali narahat olmasın"
FED.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
"Hazırda istər quru, istərsə də dənizdə yerləşən obyektlərdə plana uyğun olaraq neft-qaz və digər əməliyyatlar kəsintisiz olaraq davam etməkdədir", - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub. Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub. (Trend)