“SOCAR Turkey Energy”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib ki, Türkiyə və Azərbaycan valyutalarının dəyərdən düşməsi SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrə təsir etməyəcək.
Şirkət rəhbəri Azərbaycan və SOCAR-ın dünyanın bir çox ölkəsinə investisiyalar yatırdığını və eyni zamanda 18 mlrd. dollarlıq investisiya ilə Türkiyənin ilk sırada olduğunu bildirib.
Türkiyə mətbuatının yazdığına görə, Z.Qəhrəmanov - "Biz Türkiyədəki layihələrimizi 4-5 illik deyil, 40-50 illik müddət üçün nəzərdə tutmuşuq. Heç bir böhran layihələrimizin icrasına təsir etmir. İnvestisiyalarımızı yatırmaqda davam edəcəyik", - deyə bildirib.
Zaur Qəhrəmanov: "Heç bir böhran layihələrimizin icrasına təsir etmir"
10:02
23 Yan 2017