Azərbaycan qazı Türkiyəyə digər ölkələrə nəzərən daha ucuz verilir.
Eləcə də bax: Emil Alxaslı: "Neft emalı zavodunun modernizasiyası 2028-ci ilədək yekunlaşacaq"
FED.az xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş”-nin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.
“Azərbaycanın Türkiyəyə qazı digər ölkələrdən baha verdiyi iddialarının böyük bir yalandır.” – deyə Qəhrəmanov bildirib.
O qeyd edib ki, Türkiyədə TANAP, LNG terminalları, anbar investisiyaları və yeni boru kəmərləri kimi sərmayələrin qoyulmasaydı burada enerji qiymətləri kəskin şəkildə artacaqdı.
“Türkiyədə sərmayələrimizi artırmağa davam edirik.” – deyə Qəhrəmanov vurğulayıb.
Daha sonra əlavə edib ki, SOCAR “Petkim”-i aldıqdan sonra hər il 100 milyon dollar sərmayə qoyur və gücünü artırmağa davam edir.
Qəhrəmanovun verdiyi məlumata görə, SOCAR quracağı istehsal müəssisəsi ilə Kayseridəki mebel istehsalçılarını da süngər və digər neft-kimya məhsulları ilə təmin edəcək.
Xatırladaq ki, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycan təbii qazını Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyaraq, bütün ölkədə sabit tranziti təmin edir. Dörd mərhələdə həyata keçiriləcək layihənin tikintisi 2018-ci ildə başa çatıb.
Onu da əlavə edək ki, 3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən "Petkim" öz fəaliyyətinə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlayıb. (Trend)