Rusiyanın “Zarubejneft” SC Azərbaycanda karbohidrogen ehtiyatlarının hasilatı üzrə layihələrin həyata keçirilməsində maraqlıdır.
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
"Bu məsələ dekabrın 12-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında müzakirə edilib", - deyə məlumatda qeyd olunur.
Xüsusilə "Zarubejneft" SC Azərbaycan ərazisində karbohidrogen xammalı hasilatı üzrə layihələr həyata keçirilməkdə və Azərbaycanın dövlət və özəl neft-qaz şirkətləri ilə tərəfdaşlıq qurmaqda maraqlıdır.
Hökumət məhz hansı layihələrdən söhbət getdiyini açıqlamayıb.
"Zarubejneft" neft-qaz biznesinin müxtəlif seqmentlərində 20-dən çox birgə və törəmə müəssisəni birləşdirən iri holdinqdir. Şirkətin yeganə səhmdarı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin timsalında dövlətdir.
"İnterfaks-Azərbaycan"