Rusiya qoşunları Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçiriblər.
Eləcə də bax: Ukraynada AES-də başlayan yanğın - SÖNDÜRÜLÜB
FED.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi yayıb.
Məlumata görə, rusiyalı hərbçilər hazırda stansiyanın inzibati binasına və girişinə nəzarət edirlər.
Bildirilir ki, stansiyanı qoruyan ukraynalı hərbçilər arasında ölən və yaralananlar var. Buna baxmayaraq, stansiyanın personalı enerji bloklarında işləməyə davam edir. (Qafqazinfo)