2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana təqribən 300 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 3,25 faizini təşkil edir.
Azərbaycan qazını Avropaya daşıyan kəmər - 2,6 Milyard Avroya Sığortalanıb
FED.az xəbər verir ki, ötən ilin analoji dövründə Yunanıstan Azərbaycandan neft idxal etməyib.
Qeyd olunan dövrdə Azərbaycandan Yunanıstana ixrac edilən neft və neft məhsullarının dəyəri 190,16 milyon dollardan çox olub.
Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (9,5 milyon ton) ilə 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı təxminən 5,715 milyard dollar olub ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır. (Trend)