Bu gün Prezident İlham Əliyev “Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında” sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: SOCAR-ın vasitəsilə Qazaxıstan paraksilolunun Kulevidən ixracına başlanıb
FED.az-ın məlumatına görə, sərəncama əsasən, energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayrılıb.
Yeni Proqram üçün 40 milyon ayırdı - SƏRƏNCAM
19:07
25 Dek 2018