Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində iştirak edəcək.
Nazirlikdən FED.az-a verilən məlumata görə, noyabrın 24-də Boliviyada Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısı keçiriləcək. Energetika naziri Pərviz Şahbazovun da iştirak edəcəyi bu Sammitdə qaz sənayesi və qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi ( Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.
Yeni nazir beynəlxalq forumda iştirak edəcək

13:48
21 Noy 2017