Enerji təhlükəsizliyi və şaxələndirmə layihəsi olan “Cənub Qaz Dəhlizi”nin reallaşması isə nəinki Azərbaycanla Avropa İttifaqı, həm də böyük bir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsini təmin edəcək.
Energetika Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, bu sözləri nazir Pərviz Şahbazov Avropa İttifaqının ölkəmizdəki səfiri Kestutis Yankauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Məlumatda bildirilir ki, Səfir Kestutis Yankauskas da layihənin Avropa İttifaqının yeni enerji təchizat mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi olduğunu və “Cənub Qaz Dəhlizi” layihəsinin vaxtında yekunlaşacağına əminliyini ifadə edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı görülən tədbirlər, "Şərq tərəfdaşlığı" proqramı, eləcə də energetika sahəsində regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Yeni nazir Avropalı səfirlə görüşüb
13:47
11 Noy 2017