Aralıq dənizi sahillərində yerləşən 7 ölkə Şərqi Aralıq dənizi Qaz Forumunun (DAGF) təsis olunması barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi məlumat yayıb.
Eləcə də bax: BP-nin Xəzərdə böyük ümid bəslədiyi qaz yatağı
Bildirilir ki, Şərqi Aralıq dənizi bölgəsində təbii qaz istehsalı, istehlakı və tranzit ölkələri bir araya gətirən DAGF Qahirədə təsis olunub. Belə ki, Kipr, Yunanıstan, İsrail, İtaliya, İordaniya, Fələstin və Misirin enerji nazirləri DAGF-ın yaradılması üçün Qahirədə toplaşıb. Həmin ölkələrin nazirləri regionda qaz potensialının səmərəli istifadəsi üçün texniki və iqtisadi sahələrdə birgə əməkdaşlığın qurulması üçün razılaşıb. Qaz Forumunun əsas məqsədi tələb və təklifi təmin etməklə üzv ölkələrin mənafelərinə uyğun regional qaz bazarının yaradılmasıdır.
DAGF-ın mənzil-qərargahı Qahirədə yerləşəcək və üzv ölkələrin nazirləri forumun strukturuna dair məsələləri müzakirə etmək üçün aprel ayında yenidən görüşəcək.