Tokio birjasında 1 ton xam neftin qiyməti 658 dollara çatıb.
Yaponiyada neftin qiyməti - REKORD HƏDDƏ ÇATIB
FED.az xəbər verir ki, bu, 2008-ci ildən sonra ən yüksək göstəricidir. Cümə günü ilə müqayisədə qiymət 18 dollar bahalaşıb.
Kyodo agentliyi neftimn hələ uzun müddət baha qiymətə satılacağı və xammal bazarında qeyri-müəyyənliyin davam edəcəyini bildirib. Qiymətlər həm də OPEC-in gələn ay neft hasilatına yenidən baxmasından asılı olacaq. (Apa)