2025-ci ilin ilk ayında Azərbaycandan 870,1 milyon dollar həcmində 2 milyard 339 milyon kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 130,3 milyon dollar və ya 18%, miqdar ifadəsilə isə 406,7 milyon kub metr, başqa sözlə 21% artıb.
Qeyd edək ki, 2024-cü ilin ilk ayı ərzində Azərbaycandan 739,8 milyon dollar dəyərində 1 milyard 932 milyon kub metr təbii qaz ixrac olunmuşdu.
Bu ilin ilk ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 63 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 65 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 3% azalma deməkdir.
Bu ilin ilk ayında ümumi ixracın 28,64%-i təbii qazın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 40,12% olub.