"Sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 492 mln. ton neft hasil edilib".
FED.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ““Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masada Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Eləcə də bax: Azərbaycandakı neft layihəsi üzrə - 6 BÖYÜK MÜQAVİLƏ İMZALANDI - MƏBLƏĞLƏR
Onun sözlərinə görə, Azərbaycanın böyük qaz ehtiyatları var və bu da böyük imkanlar açır: “Ölkənin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir”. O həmçinin bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində Trans-Adriatik qaz kəmərinin tikintisi davam etdirilir və gələn il kəmər istifadəyə veriləcək. X. Yusifzadə qeyd edib ki, Azərbaycanın böyük neft ehtiyatları da mövcuddur: “Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var”.
Apa