Energetika

Xəzərdə neftçi itkin düşüb - FHN AXTARIŞLARA BAŞLAYIB

Xəzərdə neftçi itkin düşüb - FHN AXTARIŞLARA BAŞLAYIB | FED.az
16:17 10 Avq 2020
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin "Abşeronneft" NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun 09.08.2020-ci il tarixində növbədə olan zaman itkin düşməsi barədə məlumat daxil olub.
FED.az  FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri göyərtəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici-desant dəstəsi ilə axtarışlara cəlb olunub.

Digər xəbərlər

Banner