Bu ilin ilk 8 ayında Azərbaycandan 8 milyard 396 milyon dollar həcmində 15 milyon 925 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 912 milyon dollar və ya 18,5%, miqdar ifadəsilə isə 551 min ton, başqa sözlə 3,3% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 10 milyard 308 milyon dollar dəyərində 16 milyon 476 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 8 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 896 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1 064 manat idi. Bu da illik müqayisə ilə 168 manat və ya 15,8% ucuzlaşma deməkdir.
Bu il 8 ayında ümumi ixracın 49,20%-i xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 56,54% olub.