2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 13 milyard 304 milyon dollar həcmində 21 milyon 555 min ton xam neft ixrac edilib.
Azərbaycanın neft-qaz sektoruna bu il 5 mlrd. manatdan çox vəsait yönəldilib
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 795 milyon dollar və ya 11,9%, miqdar ifadəsilə isə 2 milyon 643 min ton, başqa sözlə 10,9% azalıb.
Qeyd edək ki, 2023-cü ilin 11 ayı ərzində Azərbaycandan 15 milyard 99 milyon dollar dəyərində 24 milyon 199 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin yanvar-noyabr ayında Azərbaycanın ixrac etdiyi xam neftin 1 tonunun orta ixrac qiyməti 1 049 manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 1 060 manat idi. Bu da illik müqayisə ilə 11 manat və ya 1,1% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 54,67%-i xam neftin payına düşüb.Ötən ilin eyni dövründə isə bu göstərici 47,92% olub.