Smart tipli sayğaclara ödəmələr zamanı abonentlər problemlər yaşayır.
FED.az xəbər verir ki, "Azərişıq" ASC-nin İnformasoya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev kartların bloklanması halları zamanı vətəndaşlara nə etməli olduqları haqqında məlumat verib.
"Kartlar bloka düşdüyü zaman abonentlər kartı blokdan daha sürətli bir şəkildə necə çıxara bilər? Bu zaman abonentlər "Pasha Pay" və "E-manat" terminallarına kartı yaxınlaşdıraraq sadəcə abonent kodunu qeyd edərək kartın əvvəlki ödənişini və kartın bərpasını həyata keçirə bilərlər. Ödəniş heç bir halda itmir " - deyə Vüsal İsayev bildirib.