Neft qiymətlərinin bir barel üçün 100 ABŞ dollarında çox olması aşağı gəlirli layihələrə investisiyaları stimullaşdırda və bununla da bazarın "çökməsinə" səbəb ola bilər.
Eləcə də bax: Səudiyyə Ərəbistanı Asiya üçün qiymətləri endirdi – Neft Ucuzlaşır
FED.az xəbər verir ki, bunu Rusiyanın "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Kommersant"a müsahibəsində bildirib.
"Neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı olmasını istəməzdim, çünki bu, aşağı gəlirli, aşağı effektli layihələrə investisiyaları stimullaşdıra və daha sonra artıq keçdiyimiz vəziyyətə – bazarın çökməsinə səbəb ola bilər", - V. Ələkbərov qeyd edib.
O həmçinin əlavə edib ki, neftin 65-75 dollar civarında olan qiymətləri istehlakçılar üçün komfortludur və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları hasilat həcmini tənzimləyərək bu səviyyəni qorumağı hədəfləyir. (Apa)