“Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, neft qiymətlərinin yenidən 100 dollar səviyyəsinə çatacağını güman edir.
FED.az Banker.az-a istinadən xəbər verir ki, milyarder qeyd edir ki, tükənən ehtiyatların istehlakı günü-gündən artır, yeni yataqlar isə kəşf edilmir.
69 yaşlı sahibkarın sözlərinə görə, o həyatı boyumda həm çox yüksək, həm də çox aşağı qiymətlərin şahidi olub və buna görə də yüksək qiymətlər dövrünün sonu haqqında danışmaq hələ tezdir.
2019-cu ilin dekabrın əvvəlində Ələkbərov neft qiymətlərinin 63-64 dollar səviyyəsində olması həm istehsalçılar, həm də istehlakçılar üçün uyğun olduğunu söyləmişdir. Bundan əlavə, milyarder neft hasilatının azaldılmasına qarşı olduğunu bildirib. O, OPEC və OPEC+ iştirakçılarının mart ayında nazirlər səviyyəsində iclas keçirəcəyinə və “nəinki bazarları, həm də digər ehtiyatları ələk-vələk edəcəyinə” ümid etdiyini vurğulayır.
Ələkbərovun açıqlamasından iki həftə sonra, “Lukoil” maye karbohidrogen bazarının 2035-ci ilə qədər inkişafının əsas istiqamətləri ilə bağlı proqnoz verib. Proqnoz qiymətlərin bir barel üçün 90 dollara qalxmasını mümkün hesab edir. Bununla yanaşı, şirkət ölkələrin Paris razılaşmasına əməl etdikləri təqdirdə neft qiymətlərinin 50 bareldən aşağı səviyyəyə düşə biləcəyini istisna etmir. Proqnozda daha bir ssenari də öz əksini tapır – yeni layihələrdə tələbat gündə 46 milyon barel təşkil edəcək və bu halda qiymətlər bir barel üçün 70 dollara qalxacaq.