Bu ilin avqust ayında Rusiyanın əsas ixrac neft markası olan “Urals”ın bir bareli üçün orta qiyməti 74 ABŞ dolları təşkil edib, bu da 2022-ci ilin avqust göstəricisi (74,73 dollar) ilə müqayisədə 0,98% azdır.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın Maliyyə Nazirliyi bildirir.
Məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 56,58 dollar təşkil edib, bu da illik müqayisədə 31,1% azalma deməkdir.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 82,13 dollar səviyyəsində olub. (Apa)