Bu ilin avqust ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 74,73 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin avqust göstəricisi (68 dollar) ilə müqayisədə 9,9 % çoxdur.
FED.az bu barədə Rusiyanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, cari ilin may-iyul (78,41 dollar) ayları ilə müqayisədə avqustda “Urals”ın qiyməti 4,7% azalıb.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-avqust aylarında “Urals” neftinin orta qiyməti 82,13 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 65,1 dollar səviyyəsində olub. (Apa)