Azərbaycan prezidenti İlham Əliyev Ukraynanı Cənub Qaz Dəhlizi layihəsində iştiraka dəvət edib. FED.a xəbər verir ki, bu barədə TANAP layihəsinin açılışında iştirak etmək üçün Türkiyədə - Əskişəhərdə səfərdə olan hər iki ölkə prezidentinin ikitərəfli görüşü ilə bağlı Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir. Bildirilir ki, görüşdə energetika sahəsində gələcək əməkdaşlığın dərinləşməsinə xüsusi diqqət yönəlib
Tərəflər gələcək faydalı əməkdaşlığın Türkiyə-Azərbaycan-Ukrayna formatında da davam etdirilməsinə dair razılıqlarını ifadə ediblər.