Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq Transxəzər qaz boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.
Pakistan Azərbaycanla LNG alınmasına dair - SAZİŞ İMZALAYIB
FED.az xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
Bəyanata əsasən, Xəzərdə siyasətin əsas prinsiplərini tənzimləyən fundamental sənəd - Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya, 2018-ci ildə beş sahilyanı dövlət tərəfindən qəbul edildikdən sonra layihənin beynəlxalq hüquqi əsaslandırılması şübhəsizdir.
Qeyd olunur ki, həmin sənədin 14-cü maddəsinə əsasən, tərəflər Xəzərin dibi ilə kabellər və boru kəmərləri çəkə bilərlər. Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi marşrutunun müəyyən edilməsi dib sektorundan sualtı kabel və ya boru kəmərinin çəkiləcəyi Tərəflə razılaşdırılmaqla həyata keçirilir.
“Beləliklə, bu gün Transxəzər boru kəmərinin tikintisi birbaşa Türkmənistan və Azərbaycan Respublikası arasında dəniz dibinin delimitasiyası ilə bağlıdır”, - bəyanatda qeyd olunur.
Vurğulanır ki, Türkmənistan qaz kəmərinin tikintisinə mane olan siyasi, iqtisadi, maliyyə faktorlarının olmadığına əmindir. Əksinə, Transxəzər boru kəməri tamamilə real layihədir, iqtisadi nöqteyi-nəzərdən əsaslandırılıb və Avrasiyanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə verməyə qadirdir. Qaz kəməri tranzit tərəfin aşkar üstünlükləri və maraqlarına riayət etməklə Avropa istehlakçıları üçün xammal mənbələrinə uzunmüddətli və fasiləsiz çıxışı təmin edə bilər.
“Buna əsaslanaraq, Türkmənistan enerji axınlarının şaxələndirilməsi strategiyasına sadiq qalaraq Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir”, - bəyanatda qeyd olunur. (Apa)