Türkmənistanın “Türkmənqaz” dövlət şirkəti üçün qaz satışında əsas şərt tədarükün kommersiya tərəfidir (qiymət məsələsi, kommersiya səmərəliliyi – red.).
Türkmənistan qazı Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılacaq
FED.az xəbər verir ki, bunu “Türkmənqaz”ın sədri Məqsət Babayev deyib.
“”Türkmənqaz” üçün tədarükün başlanması, bərpası və ya dayandırılması üçün əsas şərt kommersiya tərəfidir. Alqı-satqı müqavilələrinə məhz fayda, qarşılıqlı faydalı əməkdaşlıq nöqteyi-nəzərindən baxılır. Bu gün müxtəlif tərəfdən - şimaldan, qərbdən, şərqdən tələbatımız artır”, - Məqsət Babayev qeyd edib.
O vurğulayıb ki, şirkət, demək olar ki, hər gün müxtəlif alıcılar və ölkələrlə (qazın satışı ilə bağlı – red.) danışıqlar mərhələsindədir.
Məqsət Babayev qeyd edib ki, “Türkmənqaz” və “Qazprom” arasında Türkməsintan qazının tədarükü ilə bağlı müqavilənin uzatmamasına səbəb tərəflər arasında qiymət məsələsində razılığın əldə olunmaması olub. (Apa)