Türkiyədə təbii qaz və elektrik enerjisi tarifləri artıb.
FED.az xəbər verir ki, qərar Enerji Bazarlarının Tənzimləmə Təşkilatı tərəfindən qəbul edilib. Yeni qərara əsasən, təbii qazın tarifi əhali üçün 9%, qeyri-əhali üçün isə 14% artırılıb.
Elektrik enerjisi tarifi isə 14,6%-lə 16,2% arasında artırılıb. İşığın birdəfəlik tarifi 15%, üçvaxtlı tariflərdə gündüz 15%, gecə 16,2%, pik saatlarda isə 14,6% artırılıb.
Eləcə də bax: Suyun qiyməti maya dəyərindən 2 dəfə azdır - "AZƏRSU"DAN AÇIQLAMA