Türkiyədə aprelin 1-dən etibarən təbii qaz bahalaşıb.
Eləcə də bax: Putin rus qazına görə rublla ödəniş etməyəcək ölkələrə - XƏBƏRDARLIQ ETDİ
FED.az xəbər verir ki, bu barədə BOTAŞ şirkəti bildirib.
Qeyd olunur ki, bu gündən etibarə ölkədə yaşayış evlərinə verilən təbii qazın qiyməti 35 faiz, elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın qiyməti 44,3 faiz artırılıb.
Şirkətin məlumatında deyilir ki, Türkiyədə istehlak olunan qazın 99 faizi ölkəyə ixrac olunur.
Qeyd edək ki, son bir il ərzində Türkiyədə təbii qaz 92,8 faiz bahalaşıb.
Eyni zamanda, aprelin 1-dən etibarən Türkiyədə elektrik enerjisinin də qiyməti 20 faiz artırılıb. (Trend)