Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabında Azərbaycanla qaz müqaviləsinin 2030-cu ilə qədər uzadıldığını açıqlayıb.
SOCAR və “Masdar” arasında üç layihə üzrə Səhmdarlar Sazişi imzalanıb
FED.az xəbər verir ki, Bayraktar öz hesabında "Bakı səfərimiz zamanı biz keçən ay İstanbulda Azərbaycanın İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov ilə imzaladığımız Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişinin əsasını formalaşdıracaq yeni addımlar atdıq.
BOTAŞ ilə SOCAR arasında imzalanan 4 müqavilə ilə Azərbaycan qazı Türkiyə üzərindən Avropaya və Naxçıvana, Türkmənistan qazı isə ölkəmizə çatdırılacaq.
BOTAŞ ilə AGSC (Azerbaijan Gas Supply Company) arasında bu il başa çatacaq təbii qaz tədarükü müqaviləsinin 2030-cu ilin sonuna qədər uzadılmasına dair müqavilə də imzaladıq. Ümid edirəm ki, sazişlər iki qardaş ölkə üçün faydalı olacaq",- bildirib. (Marja)