Türkiyə qaz şəbəkəsini Suriya ilə birləşdirib və tezliklə Suriyaya təbii qaz nəqlinə başlamağı planlaşdırır.
SOCAR İsrailin “Tamar” qaz yatağında 10 faiz pay alıb
FED.az xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar OPEC-in IX Beynəlxalq Seminarında bildirib.
Bayraktar qeyd edib ki, Azərbaycanın dövlət neft şirkəti (SOCAR) bu layihədə Türkiyənin tərəfdaşı ola bilər.
"Ümid edirəm ki, bunun sayəsində biz Suriyada elektrik enerjisi istehsalı üçün təbii qaz təmin edə və Suriyada həyatı normallaşdıra biləcəyik", - o əlavə edib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Suriyaya təbii qaz tədarük etməyə hazır olduğunu bildirib. (oxu.az)