Bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə 10 143,69 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.
Eləcə də bax: Azərbaycan Türkiyəyə qaz ixracını - 8% Artırıb
FED.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında aparılan hesablamalara görə, yanvar-aprel aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.
Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Rusiyadan 4 182,17 mln. kubmetr qaz idxal edib.
Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. (Apa)