2019-cu ildə “Qazprom”un Türkiyəyə tədarükü 2018-ci illə müqayisədə 40% azalıb.
FED.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Enerji Bazarının Tənzimləmə Şurasının hesabatında yer alıb.
Eləcə də bax: Azərbaycan qazı Türkiyədı rusiya qazının 1№-li rəqibinə - ÇEVRİLİR
2019-cu ildə Türkiyə bazarına 14,8 milyard kubmetr qaz tədarük edilib. Nəticədə Türkiyə son 13 ildə ilk dəfə olaraq “Qazprom”un ən böyük xarici müştəriləri sırasında ilk üçlükdə yer almayıb. İlk üçlüyü Almaniya, İtaliya və iqtisadiyyatı Türkiyədən iki dəfə kiçik olan Avstriya tutub.
Məlumata görə, Türkiyə Rusiya qazının tədarükünü sıxılmış təbii qaz və Azərbaycan qazının idxalı hesabına azaldıb. TAP qaz kəmərinin işə düşməsindən sonra Türkiyə Azərbaycandan idxalı 29% artırıb. Sıxılmış təbii qaz idxalı isə 7% yüksəlib.
Ölkəyə ən böyük neft tədarükçüləri sırasında ilk yeri Əlcəzair tutub. Ondan sonrakı pillərdə Nigeriya və Qətər qərarlaşıb. ABŞ Türkiyəyə 1 milyard kub metr sıxılmış təbii qaz idxal edib.
Rusiyadan qaz tədarükünün azalmasına əsas səbəbin 4 il əvvəl başlayan qiymət mübahisəsi olduğunu yazıb.
İnterfaks