Türkiyənin «Botaş» şirkəti Rusiyadan qaz ödənişlərinin bir hissəsini 2024-cü ildə ödəmək üçün Rusiyadan vaxt istəyib.
FED.az xəbər verir ki, «Bloomberg»in məlumatına görə, hələlik bu təklifə cavab verilməyib.
Hələlik nə «Botas», nə də «Qazprom» bu xəbəri şərh etməyib.
Amma sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan arasında Şanxayda keçirilən görüşdə razılıq əldə edilmişdi ki, Türkiyə Rusiyadan aldığı qazın 25%-nin pulunu rublla ödəsin.