Türkiyə Qara dənizdə 20 il ehtiyaclarını ödəyə biləcək təbii qaz yatağı kəşf edib.
FED.az xəbər verir ki, "Tuna 1" yatağının ehtiyatları 800 mlrd. kubmetr həcmində qiymətləndirilir. Bu, Türkiyənin təxminən 20 il qaz ehtiyacını ödəyəcək.
Eləcə də bax: Türkiyədə - ÜZƏN OTEL TİKİLƏCƏK
Qeyd edək ki, cari ilin iyulun sonundan etibarən "Fatih" qazma gəmisi Türkiyənin Qara dəniz sahillərindən şimalda yerləşən "Tuna 1" kəşfiyyat zonasında işləyir.
Qaz hasilatının başlanması 7-10 il çəkə bilər ki, bunun üçün təxminən 2-3 mlrd. ABŞ dolları həcmində investisiya lazım olacaq. (Apa)