Ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,5% çoxdur. Bununla da, ötən il Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.
Eləcə də bax: Türkiyənin Azərbaycandan təbii qaz - İdxalı Artıb
FED.az xəbər verir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında aparılan hesablamalara görə, Türkiyə 2019-cu ildə Azərbaycandan 9 584,75 mln. kubmetr qaz idxal edib.
Məlumata əsasən, bu ilin noyabr ayında da Azərbaycan 1 102,36 mln. kubmetrlə (+18,94%) Türkiyənin qaz idxalında ikinci yer tutub.
Ötən ilin yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Hesabat dövründə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Noyabrda bu göstərici 2 948,6 mln. kubmetrə bərabər olub. (Apa)